XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

10 Sentyabr 2019 - 23:01

AVRO-2021:Azərbaycan millisi Gürcüstana məğlub oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2021-in seçmə mərhələsində növbəti oyununu keçirib.

Milan Obradoviçin baş məşqçisi olduğu komanda Gürcüstan kollektivi ilə üz-üzə gəlib.

“Dalğa Arena”da keçirilən qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 3:0.

45+2-ci dəqiqədə Vato Arveladze hesabı açıb. Azərbaycan yığmasının heyətində Hacıağa Hacılı 49-cu dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 73-cü dəqiqədə İrakli Bugridze ikinci qolu vurub. 84-cü dəqiqədə isə Giorgi Arabidzefərqi daha da artırıb.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Lixtenşteynə (0:1) uduzub, ikinci qarşılaşmasında isə Slovakiyanı məğlub edib – 2:1