XƏBƏR LENTİ

19 Noyabr 2019
18 Noyabr 2019

Digər Xəbərlər

14 Sentyabr 2019 - 10:57

Vasif Talıbov Naxçıvan Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının sədri olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiq edilib.

APA-nın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi aşağıdakı kimidir:

Şuranın sədri

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri.

Şuranın üzvləri

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri;

AMEA Naxçıvan Bölməsinin sədri;

Naxçıvan Muxtar Respublikasının təhsil naziri;

Naxçıvan Dövlət Universitetinin rektoru.