XƏBƏR LENTİ

16 Oktyabr 2019
15 Oktyabr 2019

Digər Xəbərlər

14 Sentyabr 2019 - 22:14

Azərbaycan Premyer Liqası:"Zirə" səfərdə "Sumqayıt"ı məğlub edib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının dördüncü turuna start verilib.

Azərtac xəbər verir ki, turun açılış görüşü “Kapital Bank Arena” stadionunda keçirilib. “Zirə” klubu “Sumqayıt” komandasının qonağı olub.

Görüş Bakı təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandadan qolları Xulio Sezar Rodrigez və Şafik Tiqrudja vurub. Meydan sahiblərindən isə Tellur Mütəllimov fərqlənib.

Bu qələbədən sonra “Zirə” xallarının sayını 7-ə çatdıraraq turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. “Sumqayıt” isə 3 xalla 7-ci yerdədir.

Xatırladaq ki, birinci turun ikinci görüşü “Bank Respublika Arena” stadionunda keçirilir. “Sabah” klubu “Qəbələ” komandasını qəbul edir.