XƏBƏR LENTİ

22 Oktyabr 2019
21 Oktyabr 2019

Digər Xəbərlər

14 Sentyabr 2019 - 23:39

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi autsayderə uduzub

“Qarabağ”ın Avropa Liqasının qrupundakı rəqibi Lüksemburq “Düdelanj”ı növbəti oyununu keçirib.

APA-nın məlumatına görə, son çempion Milli divizionun VI turunda “Hostert”in qonağı olub.

Matçın taleyini bir qol həll edib. 64-cü dəqiqədə fərqlənən Yala-Lusala bu görüşədək hesabında xal olmayan meydan sahiblərinə minimalhesablı qələbə qazandırıb. Nəticədə autsayder son pilləni tərk edib.

Bu, “Düdelanj”ın cari çempionatda 3-cü məğlubiyyəti olub. 5 matçdan sonra 4 xal toplayan komanda 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” Lüksemburq çempionu ilə II turun oktyabrın 3-də keçiriləcək matçında qarşılaşacaq. Görüş “Düdelanj”ın meydanında baş tutacaq.