XƏBƏR LENTİ

16 Oktyabr 2019
15 Oktyabr 2019

Digər Xəbərlər

15 Sentyabr 2019 - 12:15

Afrika terrorla kəskin mübarizəyə başlayır –1 milyard dollar xərclənəcək

Qərbi Afrika ölkələri regionda terrorizmlə mübarizəyə yönəlmiş 1 milyard dollar dəyərində fəaliyyət planını təsdiqləyiblər.

Magrib Arab Press” xəbər agentliyinin məlumatına görə, bu qərar şənbə axşamı Uaqaduquda (Burkina-Fasonun paytaxtı) keçirilmiş Qərbi Afrika ölkələrinin iqtisadi birliyinin (EKOVAS) terrorizmə və ekstremizmə qarşı mübarizə mövzusuna həsr olunmuş sammitinin yekunları üzrə qəbul edilib.

Planın reallaşdırılması üçün pulları yaxın illər ərzində EKOVAS ölkələrinin elə özlərinin verəcəyi ehtimal olunur. 

Maliyyə resursları, xüsusilə milli orduların, həmçinin “Sahel beşliyi” (Burkina-Faso, Mavritaniya, Mali, Niger Və Çad) antiterror kontingenti və Çad gölü hövzəsinin Qarışıq çoxmillətli qüvvələri kimi birgə qoşunların döyüş qabiliyyətinin gücləndirilməsinə yönəldiləcək. /Oxu.az