XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

15 Sentyabr 2019 - 12:45

Yeni tədris ilində nə qədər şagird təhsil alacaq? –Say açıqlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində ümumilikdə, 318 məktəb fəaliyyət göstərir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  verilən məlumata görə, onlardan 308-i ümumi təhsil məktəbi, 3-ü xüsusi tipli ümumi orta məktəb və 7-si əyani-qiyabi (axşam) tam orta məktəbdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 27 min 930 müəllim çalışır. Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 414 min 844 şagird təhsil alacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 45  min 800, IX sinfində 32 min 315, X sinfində 22  min 795, XI sinfində 18 min 896, XII sinfində 198 şagird təhsil alacaq. /APA