XƏBƏR LENTİ

17 Oktyabr 2019
16 Oktyabr 2019

Digər Xəbərlər

15 Sentyabr 2019 - 13:45

Naxçıvan Qarnizonu qoşunlarında komanda-qərargah təlimi keçirilib –VİDEO

Naxçıvan Qarnizonu qoşunlarında ikitərəfli üçpilləli komanda-qərargah təlimi keçirilib.

Strateq.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki,  təlimin birinci mərhələsində qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün birləşmə və hissələr “Təlim-döyüş həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb.

Təlimin döyüş atışlı mərhələsində ən müasir rabitə və idarəetmə vasitələri ilə təchiz edilmiş bölmələr döyüş atışlarını yerinə yetiriblər. Təlim rayonlarında hava hücumundan müdafiə və raket-artilleriya bölmələrinin təyin edilmiş hədəfləri məhv etmələri topçu və zenitçilərin peşəkarlığını bir daha nümayiş etdirib.

Komanda-qərargah təliminin üçüncü mərhələsində qəbul edilmiş qərarlar kompüterlər üzərində xüsusi proqram vasitəsilə icra edilib.

Yekunda bildirilib ki, keçirilən komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib, komandir və qərargahların döyüşü idarəetmə vərdişlərinin daha da təkmilləşdirilməsi istiqamətində böyük təcrübə qazanılıb.