XƏBƏR LENTİ

17 Oktyabr 2019
16 Oktyabr 2019

Digər Xəbərlər

15 Sentyabr 2019 - 16:00

158 hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə buraxılıb –DİM

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ilə Hakimlərin Seçki Komitəsi tərəfindən hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərlə test imtahanı keçirilib.

DİM-dən verilən məlumata görə, imtahan kompüterlər vasitəsilə elektron qaydada aparılıb.

Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub. İmtahanda iştirak edən 206 namizəddən 158 nəfər müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.