XƏBƏR LENTİ

16 Oktyabr 2019
15 Oktyabr 2019

Digər Xəbərlər

16 Sentyabr 2019 - 00:22

Yohannes Han Gürcüstana səfər edəcək –Səbəb

Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han sentyabrın 16-da Gürcüstana səfər edəcək.

O, Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili ilə birgə Avropa məktəbinə baş çəkəcək.

Y.Han “Şərq tərəfdaşlığı” ölkələrindən olan 30 tələbə ilə görüş keçirəcək.

Komissar, həmçinin M.Batişavili, Gürcüstanın baş naziri Giorgi Qaxaria və Tbilisi meri Kaxa Kaladze ilə birgə Avropa məktəbi üçün yeni binanın təməlqoyma mərasimində də iştirak edəcək.

Qeyd edək ki, Tbilisidə Avropa məktəbi 2018-ci ilin sentyabrından fəaliyyət göstərir. Təhsil müəssisəsi “Yeni məktəb” adlı özəl məktəbdə yerləşir/Report.