XƏBƏR LENTİ

22 Oktyabr 2019

Digər Xəbərlər

16 Sentyabr 2019 - 16:30

“Bakı dünyanın ən görkəmli idman şəhərlərindən biridir” –Morinari Vatanabe

“Bakı dünyanın ən görkəmli idman şəhərlərindən biridir. İkinci olimpiya təsnifat yarışı olan dünya çempionatının burada keçirilməsinə şadıq”.

Bunu Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe deyib. Yaponiyalı funksionerin sözlərinə görə, hər zaman olduğu kimi, Azərbaycandakı təşkilatçılıq yaxşı səviyyədədir: “Yarışın necə getdiyini və hansı ölkələrin gimnastlarının Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaqlarını görmək çox maraqlı olacaq”.

Qeyd edək ki, bu gün start götürən mundiala sentyabrın 22-də yekun vurulacaq. Sayca, 37-ci mundial Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Olimpiadaya 98 vəsiqədən 41-i məhz Milli Gimnastika Arenasında sahibini tapacaq. Çoxnövçülükdə eyni ölkədən ikidən artıq olmamaqla, ilk 16 yeri tutacaq gimnastlar lisenziya qazanacaqlar. Qrup hərəkətlərində isə ilk “beşlik” olimpiadaya vəsiqə əldə edəcək. Ötənilki dünya çempionatında mükafat qazanan Rusiya, İtaliya və Bolqarıstan artıq Tokio-2020-yə düşdüyündən, 6-8-ci yerlər də Oyunlara lisenziya şansı əldə edə biləcəklər. (report)