XƏBƏR LENTİ

16 Oktyabr 2019
15 Oktyabr 2019

Digər Xəbərlər

17 Sentyabr 2019 - 16:24

Avropa Liqası:"Qarabağ" - "Sevilya" oyununa 28 min bilet satılıb

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Bakıda İspaniya “Sevilya”sına qarşı keçirəcəyi oyunu üçün satılan biletlər tükənmək üzrədir.

Strateq.az kluba istinadla xəbər verir ki, qarşılaşmaya ayrılmış 30 min biletdən 28 mini satılıb. Xəmi 2 min satılmayan bilet qalıb.

O da bildirilib ki, biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Gənclik”, 28 Mall, “Park Bulvar”dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, “AMAY” T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək olar.

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq.