XƏBƏR LENTİ

22 Oktyabr 2019
21 Oktyabr 2019

Digər Xəbərlər

19 Sentyabr 2019 - 13:20

Ermənistan Maliyyə Nazirliyi MN-i ifşa etdi –28 müqaviləyə xitam verildi

Sentyabr ayında Ermənistan Maliyyə Nazirliyi ordunun bəzi təchizatçılarının öhdəliklərini nöqsanlarla yerinə yetirdiklərini müəyyən edib.

Ermənistan Maliyyə Nazirliyinin rəsmi saytında yayımlanan məlumatlarda 2019-cu ildə ərzaq tədarükü ilə bağlı müqavilələrin səhlənkarlıqla icra edildiyi və pozulduğu görünür.

Ermənistan ordu sıralarından yeni təxris edilən hərbçilər, bir sıra erməni əsgərlərinin valideynləri Ermənistan ordusunda qida keyfiyyətinin dəyişmədiyini və ya ancaq bir neçə xüsusi hərbi hissədə dəyişdiyini, ümumiyyətlə çağırışçılar üçün verilən yeməyin hələ də yaxşı olmadığını bildirib.

Ermənistan Maliyyə Nazirliyinin məlumatlarından sonra məcbur olan Müdafiə Nazirliyi ordu təchizatçıları ilə 4 müqaviləni birtərəfli qaydada ləğv edib.

Beləliklə, aprel ayında Ermənistan MN yay aylarında 108 min kiloqram kartof və 11000 kiloqram yerkökü tədarük etməli idi. Lakin lazımi miqdarda təmin edə bilməyib və müvafiq olaraq 61000 və 7300 kq tərəvəz tədarük edən İrəvanda qeydiyyatdan keçmiş “Eriz” MMC ilə bağlanmış müqavilələri qismən ləğv edib.

Cərimə olaraq, bu şirkət ümumi müqavilə məbləğinin 10% -ni, təxminən 3,5 milyon dram ödəməli olacaq.

Qeğarkunik vilayətindən olan fərdi sahibkar Arayik Abrahamyan iyul ayında orduya təxminən 10 min kiloqram çuğundur tədarük etməyi öhdəsinə götürsə də, cəmi 6000 kiloqram təmin edib. İcra olunmamış müqavilə üçün Ermənistan Maliyyə Nazirliyinə təxminən 250.000 dram cərimə ödəməli olacaq.

Sarımsaq tədarük etməli olan “Sisian çörək” MMC şirkəti də fəaliyyətini yerinə yetirməyib.

Maraqlıdır, bu günə qədər Ermənistan MN fiziki şəxslərlə də müqavilələr bağlayıb. Onların arasında Sisian sakini İşxan Mirzoyan da olub. 2018-ci ilin dekabr ayından nazirliyin tərəfdaşı olub.

Ermənistan Müdafiə Nazirliyi ilə imzalanan müqaviləyə əsasən, fiziki şəxs iyun-iyul aylarında təxminən 45 ton təmizlənmiş kələm təmin etməli idi, lakin bu miqdarın təxminən yarısını təmin edə bilib. Yenə də öhdəliyini icra edə bilmədiyinə görə Ermənistan Maliyyə Nazirliyi tərəfindən təqribən 650 min dram miqdarında cərimələnəcək.

Ümumilikdə, 2019-cu ildə Ermənistan Müdafiə Nazirliyi misli görünməmiş sayda müxtəlif mal və xidmətlərin tədarükü üçün 28 müqaviləyə xitam verib. /Ordu.az