XƏBƏR LENTİ

16 Oktyabr 2019
15 Oktyabr 2019

Digər Xəbərlər

19 Sentyabr 2019 - 16:18

AQTA-dan İsmayıllıdakı zəhərlənmə ilə bağlı açıqlama:"İşçi qrupu yaradılıb"

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) İsmayıllı rayonunda keçirilən kartof festivalında baş verən zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb.

Strateq.az AQTA-ya istinadla bildirir ki, 7 nəfərin qida zəhərlənməsi ehtimalı ilə bağlı Səhiyyə Nazirliyindən daxil olan məlumat əsasında AQTA-nın mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.

Aparılan araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək.