XƏBƏR LENTİ

17 Oktyabr 2019
16 Oktyabr 2019

Digər Xəbərlər

19 Sentyabr 2019 - 23:05

Avropa Liqası:"Sevilya" Bakıda "Qarabağ"ı məğlub elədi

UEFA Avropa Liqasında qrup mərhələsinə start verilib.

Strateq.az xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda İspaniyanın “Sevilya” komandasını qəbul edib.

Oyunun 62-ci dəqiqəsində “Sevilya” hesabı açıb – 0:1.

Çiçarito” ləqəbli meksikalı hücumçu cərimə zərbəsini dəqiq yerinə yetirib.

78-ci dəqiqədə isə Munir qapıçı Asmir Beqoviçlə təkbətəkdən qalib ayrılıb – 0:2

85-ci dəqiqədə isə Oliver Torres fərqi daha da artırıb – 0:3

Beləliklə, oyun bu hesabla başa çatıb.

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsindəki növbəti matçını səfərdə keçirəcək. Ağdam təmsilçisi oktyabrın 3-də Lüksemburqda “Düdelanj”ın qonağı olacaq.