XƏBƏR LENTİ

22 Oktyabr 2019
21 Oktyabr 2019

Digər Xəbərlər

20 Sentyabr 2019 - 10:42

BŞBPİ-nin sözçüsü:"Üzərimizə düşən vəzifələrin yerinə yetirilməsində şəxsi heyətin hazırlığı, xidmət intizamı həlledici rol oynayır"

“Üzərimizə düşən vəzifələrin yerinə yetirilməsində şəxsi heyətinin hazırlığı, xidmət intizamı həlledici rol oynayır.” 

Bunu Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi polis mayoru, Elşad Hacıyev bildirib. O qeyd edib ki, ictimai qaydanın, cinayətkarlıqla qətiyyətli mübarizədə insan hüquq və azadlıqlarının qorunması və vətəndaş məmnunluğunun təmin olunması polisin fəaliyyətində başlıca prinsiplərdəndir.

Bu istiqamətdə şəxsi heyətin müasir dövrün çağırış və təhdidlərinə uyğun olaraq, icra intizamının yüksəldilməsi, bilik və bacarıqlarının təkminləşdirilməsi məqsədilə metodiki təlimlər keçirilməsi, xidmətin nümunəvi aparılması diqqət mərkəzində olduğunu qeyd edən xidmət rəisi əlavə edib ki, polisin hər gün təlimatlandırılması, vətəndaşlara qarşı münasibətdə diqqətli olması, qanunvericiliyin tələblərinə uyğun kompleks tədbirlər tərəfimizdən davam etdirilir. (report)