XƏBƏR LENTİ

16 Oktyabr 2019
15 Oktyabr 2019

Digər Xəbərlər

20 Sentyabr 2019 - 15:53

Azərbaycanın qadın cüdoçusu finala yüksəlib –Qran-Pri turniri

Azərbaycanın qadın cüdoçusu Leylа Əliyeva Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Qran-Pri turnirində finala vəsiqə qazanıb.

48 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda hindistanlı Devi Şuşilanı üstələyib. O, qızıl medal uğrunda görüşdə rusiyalı Sabina Giliazova ilə qarşılaşacaq.

Kişilərin yarışında İbrahim Əliyev (66 kq) isə bürünc medal uğrunda görüşdə Özbəkistanlı Sərdar Nurillayevlə qarşılaşacaq.

Bu gün mübarizəyə qoşulan Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva, Larisa Aleksandra Florian (hər ikisi 52 kq), Oruc Vəlizadə (60 kq) və Nicat Şıxəlizadə (66 kq) medal qazana bilməyiblər. (Report)