XƏBƏR LENTİ

16 Oktyabr 2019
15 Oktyabr 2019

Digər Xəbərlər

20 Sentyabr 2019 - 21:23

Azərbaycan cüdoçusu gümüş medal qazanıb –Qran-Pri turniri

Azərbaycanın qadın cüdoçusu Leylа Əliyeva Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Qran-Pri turnirində final görüşünə çıxıb.

48 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada rusiyalı Sabina Giliazova ilə üz-üzə gəlib. Əliyeva rəqibinə ipponla məğlub olaraq gümüş medalla kifayətlənib.

Kişilərin yarışında İbrahim Əliyev (66 kq) isə bürünc medal uğrunda görüşdə Özbəkistanlı Sərdar Nurillayevlə qarşılaşacaq.

Bu gün mübarizəyə qoşulan Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva, Larisa Aleksandra Florian (hər ikisi 52 kq), Oruc Vəlizadə (60 kq) və Nicat Şıxəlizadə (66 kq) medal qazana bilməyiblər. (report)