XƏBƏR LENTİ

16 Oktyabr 2019
15 Oktyabr 2019

Digər Xəbərlər

20 Sentyabr 2019 - 21:38

Bu gün milyonlarla insanın iştirak etdiyi qlobal iqlim tətili keçirilir –139 ölkədə

Hazırda Avropa, Afrika və Asiyanın bir çox yerlərində nümayişlər gedir.

Hər keçən müddət ərzində müxtəlif ölkələrdən iqlim dəyişikliyinə etiraz aksiyaları getdikcə artır.

Bu aksiyanın təşəbbüskarı 16 yaşlı isveçli, ətraf mühitin müdafiəsi kampaniyalarının fəalı Qreta Sunbergdir. O, bu gün New York-da iqlim böhranıyla bağlı keçiriləcək kütləvi etiraz aksiyasına qatılacaq və orada çıxış edəcək.

Təxminən 1,1 milyon tələbəyə New-Yorkun 1800 dövlət məktəbindən icazə verilib ki, onlar etiraz etmək üçün aksiyalara qoşulsunlar.

Şənbə günü Qreta da daxil olmaqla bütün dünyadan olan gənc liderlər və fəallar Birləşmiş Millətlər Təşkilatının Gənclərin İqlim Dəyişikliyi Sammitində iştirak etmək üçün New York-da toplaşacaqlar.

Britaniyada da ölkənin hər yerindən nümayişçilər paytaxt Londona axışır. Paytaxtda gün ərzində bir neçə etiraz aksiyası keçirilir.

BBC-nin müxbirləri “etiraf etməliyik ki, aksiyalar o qədər çoxdur ki, onların hamısı haqda eyni zamanda məlumat vermək bir qədər çətindir” yazırlar.

Nə baş verir?

Filippində yüzlərlə universitet tələbələri və yuxarı sinif şagirdləri dərsləri buraxıb, bir o qədər şəxs də Mərkəzi Honq Konqda qlobal yürüşə qatılıb.

Almaniyada etirazçılar Brandenburq darvazasının yanına toplaşıb.

Yürüşdən çəkilən şəkillərdə adamların əllərində tutduqları bayraq, plakat və nəhəng şarlar görünür.

Londonda məktəblilər də dərsə getməyib, onlar da öz etiraz səslərini eşitdirmək üçün paytaxta üz tutublar.

Təşkilatçılar Vestminster ətrafında getdikcə artan izdihama görə 10 minlərlər insanın toplaşacağını ehtimal edirlər.

London Polisi artıq iki etirazçını ictimai qaydaları pozduğu üçün həbs edib, bu barədə təhlükəsizlik qüvvələri Twitterdə yazıb.

Nairobidə də iqlim dəyişikliyi etirazçıları təkrar emal edilmiş plastik aksesuarlar taxaraq Uhuri Parkına toplaşıblar.

Əlində plakat və banner tutan yüzlərlə şəxs Nairobi küçələrində yürüşdən əvvəl birləşib Keniya Ətraf Mühit Nazirliyinin binasına üz tutublar.

Etirazlar dalğası Frankfurt, Oslo, Yohannesburq, Laqos və dünyanın digər böyük şəhərlərində keçirilir.

Cümə günü səhər əvvəlcə Taylandda ‘ölüm səhnələri’ nümayiş etdirilib, daha sonra etirazçılar dəniz suyunun yüksəlməsi təhlükəsi ilə qarşı-qarşıya olan Hindistan və Banqladeşə iqlim ədalətinə çağırış ediblər.

Avstraliyada isə 300 mindən çox uşaqlar, valideynlər, dəstəkçilər yürüş edib, bu, mart ayında təşkil olunmuş iqlim dəyişikliklərinə etiraz etmiş şəxslərin sayından iki dəfə çoxdur, təşkilatçılar bildirib.

150 ölkədə milyonlarla şəxsin etirazlarda iştirak edəcəyi gözlənir.

Etirazlar cümə günü axşam New-York-da etiraz aksiyalarının təşkilatçısı, iqlim dəyişikliyi məsələsində fəallığına görə Nobel mükafatına təqdim olunmuş Qreta Sunbergin iştirakı ilə pik həddinə çatacaq. (bbc azeri)