XƏBƏR LENTİ

22 Oktyabr 2019

Digər Xəbərlər

23 Sentyabr 2019 - 18:23

Ad və soyadların əmtəə nişanı kimi qeydiyyata alınması üçün mütəmadi müraciətlər alırıq –Agentlik

Bu il əmtəə nişanlarının qeydiyyata alınması üçün Əqli Mülkiyyət Agentliyinə daxil olan müraciətlərin sayı açıqlanıb.

Agentlikdən bildirilib ki, cari il ərzində əmtəə nişanlarının qeydiyyata alınması üçün 1626 müraciət (iddia sənədləri) edilib.

Həmin müraciətlərə Agentliyin müvafiq şöbələri tərəfindən baxıldıqdan sonra 207 əmtəə nişanı qeydiyyata alınıb, 9-dan isə imtina edilib.

Agentlikdən bildirilib ki, vətəndaşlar da ad və soyadlarının əmtəə nişanı kimi qeydiyyata alınması üçün müraciət edirlər: “Vətəndaşlar tərəfindən ad və soyadların əmtəə nişanı kimi qeydiyyata alınmasına dair müraciətlər mütəmadi daxil olur”. (Report)