Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Cahangir Hacıyev həbsxanadan Samir Şərifovu ittiham etdi:“Devalvasiyanın günahkarı banklar yox, maliyyə naziridir” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə Şeyxin müdafiəsinə qalxdı:“Ona qarşı danışanlar Rusiyanın agentləridir” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Lapşin Akif Çovdarovla həbsxanadakı görüşündən danışdı:"Hakimiyyəti söyürdü..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Allahşükür Paşazadənin qudası olan sabiq deputat:"Şeyx cavan adamdır, nə istefa, nə bir şey!"
  • " width="300" height="266" />
    XİN rəsmisi:"ÜAK-ın ləğvi barədə qərar ciddi sual və dərin təəssüf doğurur"
  • " width="300" height="266" />
    İraq Kürdüstanı politoloqu İqbal Dürrə:“Kərkük Kürdüstanın ürəyidir, onu heç kimə vermərik” – Müsahibə
  • " width="300" height="266" />
    Rəsul Quliyev yeni neft sazişinin görünməyən tərəflərindən danışdı:"Azərbaycan buna məcbur edildi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Fazil Mustafa:"Rusiyaya nökərlə dost arasındakı fərqi çatdırmağa çalışmalıyıq"
  • " width="300" height="266" />
    Rəsul Quliyev 2005-ci illə bağlı sensasion faktlar açıqladı:"Saakaşvili Gürcüstana gəlməməyimi tələb etdi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Qüdrət Həsənquliyev:“İlham Əliyev iqtidar daxilində yeganə birləşdirici fiqurdur” – MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevdən tarixi açıqlamalar:“Eiçibəy xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi” - VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazirdən heyrətamiz iddia:“Yusif Məmmədəliyevin ölümü müəmmalıdır, onu öldürdülər” - VİDEO
  • " width="300" height="266" />
    Becan Fərzəliyevdən şok müsahibə:“Elçibəy Heydər Əliyevi sevirdi”-VİDEO
  • " width="300" height="266" />
    Rusiyadakı keçmiş səfirimizdən ilginc proqnoz:“Rusiya çökəcək, o zaman çox şey dəyişəcək”- VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

23 Sentyabr 2017
22 Sentyabr 2017

20 Sentyabr 2016 - 11:52

Əfqanıstan Bakıda Milli Gününü qeyd etdi

afqan-sefir

Əfqanıstan Mill Gününün 97-ci ildönümü münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

Hər iki ölkənin Dövlət Himnləri səsləndirildikdən sonra səfir Mohammad Taqi Xalili çıxış edərək, ölkəsinin müstəqillik gününün Azərbaycanda keçirilməsindən məmnun olduğunu bildirdi. O, rifaha aparan proses və səbrli öyrənmə yolunun hər zaman olduğu kimi, Əfqanıstan üçün uzun və cəsarətli, lakin doğru bir yol olacağını vurğuladı: “Əfqanıstanın institusional orqanlarının bütövlüyünü təmin etmək yönündə nümayiş etdirdiyimiz ciddi iradə və bu iradənin təcəssümu olan ASAN Xidmət ilə bizim Maliyyə Nazirliyi arasında imzalanan Anlaşma Memorandumuna baxmayaraq, biz hələ də maneələrlə qarşılaşırıq. Təhlükəsizlik məsələsi Əfqanıstanın inkişafı qarşısında duran ən böyük əngəl olaraq qalır.  Dünya Bankı bildiri ki, Əfqanıstanda inkişaf tərəqqisində olan əsas məhdudiyyət hökm sürən üsyan və vətəndaş münaqişəsidir”.

Səfir dedi ki, bu maneələri  aradan qaldırmaq üçün əsas yol beynəlxalq ictimaiyyətin dəstəyidir. O, xalqın təhlükəsizliyini qorumaqda sözügedən dəstəyin vacib olmasını nəzərə alaraq,  prezident  İlham Əliyevə və Azərbaycan hökumətinə daim inkişaf etməkdə olan ikitərəfli əməkdaşlıq üçün minnətdar olduğunu söylədi. O, bu əlaqələr və dostluq münasibətlərinin onların müdafiə və digər təhlükəsizlik qüvvələrinə göstərilən müxtəlif dəstək yollarında əks olunduğunu vurğuladı.

Prezident Əşrəf Qanininin keçən ilin dekabr ayında Bakıya rəsmi səfərinə toxunan diplomat dedi ki, bu səfər öz növbəsində Azərbaycanın dostluq və regionda sülh və sabitliyin təmin edilməsi yönündə nümayiş etdirdiyi siyasətin parlaq təcəssümüdür: “Bundan əlavə, bu dostluq münasibətləri 2016-cı ilin iyul ayında Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev ilə mənim imzalamağa layiq görüldüyüm hərbi yardım haqqında sazişin bağlanmasında da öz əksini tapıb”.

Ölkəsinin iqtisadiyyatına toxunan Mohammad Taqi Xalili dedi ki, iqtisadiyyata olan təzyiqlərə baxmayaraq, Əfqanıstan iqtisadiyyatının 2018-ci ilə qədər illik 1.9 faiz artım göstəricisindən 3.6 faiz illik artım səviyyəsinə qalxması proqnozlaşdırılır. Onun sözlərinə görə, büdcənin səmərəli idarə olunması tədbirləri və məhdudlaşdırılmış xərclər vasitəsi ilə Əfqanıstan dövlət büdcəsinin balanslaşdırmasına nail olub.

Azərbaycan hökuməti adından çıxış edən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dedi ki, əməkdaşlığımızın əsası  Əfqanıstanla 1994-cü ildən qoyulub, bu gün də yüksək səviyyədə davam etməkdədir. Onun sözlərinə görə, ölkələrimiz  müxtəlif beynəlxalq təşkilatlarda da əməkdaşlıq edərək, bir-birinə dəstək verir, müxtəlif mövzularda həmrəylik nümayiş etdirirlər.

"Bizi həm də mənəvi dəyərlər birləşdirir, çünki hər iki ölkədə Novruz Bayramı qeyd olunur”, – deyən nazir söylədi ki, Azərbaycanla Əfqanıstan arasında münasibətlər bundan sonra da davam və inkişaf edəcək.

L.SƏMLA

efqan