Gündəm

  • " width="300" height="266" />
    Bakı şəhər Baş Polis İdarəsində əməliyyat müşavirəsi:"Bu il 228 nəfərdən ibarət 99 qrup zərərsizləşdirilib, 223  bağlı cinayət açılıb..."
  • " width="300" height="266" />
    İraq Ali Məhkəməsi Bərzaninin müavini haqda həbs qərarı çıxardı –O, görüldüyü yerdə tutulacaq
  • " width="300" height="266" />
    MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları 25 sənəd imzaladı –Bakıda
  • " width="300" height="266" />
    “Gözləmədiyi bir vaxtda ABŞ-a ağlasığmaz zərbə endirəcəyik” –Rəsmi Pxenyandan açıq təhdid
  • " width="300" height="266" />
    Prezidentin köməkçisindən etiraz:"Azərbaycan komandasını bir neçə dəfə açıq-aydın cəzalandırdılar" 
  • " width="300" height="266" />
    Rus şirkəti kürdlərlə yeni saziş imzaladı –Bərzani hökumətinə 400 milyon dollar ödəniləcək
  • " width="300" height="266" />
    Heydər əl İbadidən “Haşdi Şabi”yə sərt mesaj:"Bütün etnik və dini qruparın ev və digər mülkləri qorunacaq"
  • " width="300" height="266" />
    “İndependent” qəzeti Kərkük əməliyyatı haqda:"Bu, kürdlərin tarixində ən böyük fəlakəti idi"
  • " width="300" height="266" />
    Bərzani məğlubiyyətin səbəbini açıqladı:"Qazandıqlarımızı qoruyacağıq"
  • " width="300" height="266" />
    “Azərkosmos” ASC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarıldı –Sərəncam

Müsahibə

  • " width="300" height="266" />
    Sabiq respublika prokuroru İlyas İsmayılov:“Yazıçı Anarı  Prokurorluğa dəvət elədim, cinayət işini qabağına qoydum...”
  • " width="300" height="266" />
    Rauf Arifoğludan sensasion açıqlamalar və etiraflar:"HEYDƏR ƏLİYEVƏ XEYLİ HAQSIZLIQ ETMİŞİK" - Müsahibə
  • " width="300" height="266" />
    Təhsil Nazirliyinin şöbə müdiri:"Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib, təklif verməyib"
  • " width="300" height="266" />
    Türkiyəli politoloq:“Rusiya bizim üçün qətiyyən Qərbin alternativi ola bilməz” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ABŞ RƏSMİ ANKARADAN QİSAS ALIR” –“Mehr News”a müsahibəsində türk politoloq gərginliyin səbəblərini açıqlayır
  • " width="300" height="266" />
    Deputat Asim Mollazadə:“MƏMURLARIN CİLOVLANMASININ VAXTI ÇATIB” - Müsahibə
  • " width="300" height="266" />
    Fransa tarixçisi:“RUSİYA İRANLA SƏUDİYYƏ ARASINDAKI ZİDDİYYƏTİ AZALTMAĞA ÇALIŞIR" – Müsahibə  
  • " width="300" height="266" />
    Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov:"İctimaiyyətə "Lavrov planı"nın mahiyyəti tam açıqlanmalıdır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    KOREYA LİDERİ: “MƏN TERRORA İNANIRAM, İNTİHARA YOX” –"Washington Post"da xəyali müsahibə
  • " width="300" height="266" />
    Rusiya eksperti Qırğızıstanda hərbi bazanın nəyə gərək olduğunu açıqladı:"Fərqanə vadisi Orta Asiyanın barıt çəlləyidir” – Müsahibə

Qaynar Qazan

  • " width="300" height="266" />
    Sərdar Cəlaloğludan skandal yaradacaq sözlər:"Cəfər Cabbarlının “Od gəlini” pyesi qadağan olunmalıdır"-VİİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO
  • " width="300" height="266" />
    İlkin Rüstəmzadənin Anasından şok müsahibə:“İlkin müdafiədən narazıdır, dostlarından incimişəm”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevdən tarixi açıqlamalar:“Eiçibəy xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi” - VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

19 Oktyabr 2017
18 Oktyabr 2017

05 Fevral 2016 - 19:38

Azərbaycanda tamaşa və çörək

zaurİnsanın tərbiyəsi ilk növbədə ətrafındakılara münasibəti və davranışı ilə müəyyən olunur. Şəxsin mənəvi keyfiyyətləri, ictimai əxlaq normalarına riayət etməsi, yəni özünü yaxşı aparmaq, ünsiyyət bacarığı bütün zamanlarda yüksək dəyərləndirilib. Bu zaman fərdin mənəvi keyfiyyətləri dedikdə, biz təbii ki, onun cəmiyyətdəki dominant əxlaq normalarına hansı səviyyədə əməl etməsini nəzərdə tuturuq.

İctimai əxlaq normaları isə hər hansı mədəniyyətə (submədəniyyətə) məxsus toplumdakı çoxluğun qəbul etdiyi birgə yaşayış qaydalarıdır. Məhz bu qaydalara, normalara uyğun olaraq, çoxluq nəyin pis, nəyin yaxşı olduğunu müəyyənləşdirir. Toplumda xeyr və şər,  haqq və nahaq əməllər məhz bu qaydalar əsasında təsnifləşdirilir. Şübhəsiz ki, unversal, bəşəri dəyərlər bu məsələlərdə bazis rolunda çıxış edir. Amma hər bir toplumun da özünəməxsus, fərqli tərbiyə, əxlaq normaları var.

Bu tərbiyə, əxlaq normaları daha çox qadağalar üzərində bərqərar olub. İnsan övladı üçün ilk birgə yaşayış qaydaları məhz qadağaların, icazə verilməyənlərin müəyyənləşməsindən başlayıb. Qadağalar sistemi tədricən formalaşarkən, icazə verilənlər, çoxluğun təqdir etdiyi, yaxud ən azı neytral yanaşdığı davranış formalarının dairəsi də bəlli olub. Bu bir az da insan psixologiyası ilə bağlı universal qaydadır. Təsadüfi deyil ki, insanın mənəvi və fiziki tərbiyəsinin əsasında imtina etmək iradəsi durur. Toplumdakı çoxluğun ziyanlı hesab etdiyi, neqativ münasibət bəslədiyi davranışdan imtina etməklə insan özünün vəhşi təbiətinin fövqünə qalxır.

Çoxluğun fikri bu zaman ideya və həyat arasında ağıllı kompomiss kimi çıxış edir.  Hər bir fərd, şəxs öz fəaliyyətində bu kompromissdən irəli gələrək, formalaşmış qaydaları rəhbər tutur. Bu zaman hər bir insan üçün özünün statusu və bu statusun şəxsə verdiyi imtiyazlar və qoyduğu məhdudliyyətlər çox vacibdir. Bu imtiyazlardan hansı formada istifadə olunması və qoyulan rəsmi və qeyri-rəsmi məhdudiyyətlərə sadiqlik cəmiyyətdə xüsusi status verilən insanların əxlaq və tərbiyəsi barədə təsəvvür yaradan əsas amil kimi çıxış edir.

Tərbiyə, ictimai əxalq normaları ilə bağlı bu qədər giriş verməyimin səbəbi Azərbaycanda “Xalq artisti”  adını almış müğənnilərin davranışları və davasıdır. “Xalq artisti”  adını almış bu şəxslərin davranışı, açıqlamaları, işlətdikləri ifadələr onların öz mənəvi keyfiyyətləri, düşüncə tərzləri ilə yanaşı cəmiyyətin  mənəvi durumu barədə də fikir yürütməyə imkan verir.  Bu aspektdən “Xalq artsitləri”nin davası artıq sırf şou məsələsi deyil. Xüsusi statusa malik bu şəxslərin davranışları cəmiyyətimizdəki yuxarıda qeyd etdiyimiz qadağalar sisteminin tamamilə sırdan çıxdığının görsənişidir. Bir daha vurğulayaq ki, insanın, cəmiyyətin tərbiyəsinin, əxlaqının əsasında məhz qadağalar sistemi durur.  Təbii ki, bu proses bir neçə gün, ay ərzində baş vermir. Qadağalar sistemi öz funksiyasını tədricən itirir və bir zaman cəmiyyət seçilmiş hesab etdiklərinin, yaxud hər hansı üsulla bu statusa nail olanların çoxluğun tərbiyəsizlik hesab etdiyi əməllərini açıq şəkildə, nümayişkəranə etdiyinin şahidi olur.

Hər bir fərd, qrup, nə qədər ambisiyalı olsa belə cəmiyyətin icazə verdiyi həddə qədər sərbəstlik edə, ictimai əxalq normalarını poza bilər.  Cəmiyyətin qadağalar və qınaq sistemi yaxşı işlədikdə, bu hallar tək-tük olmaqla, anomaliya kimi qəbul olunur və qarşısı dərhal alınır. Bu sistem işləmədikdə isə artıq, bu cür hallar normaya çevrilir və ictimai əxlaqın transformasiyasından xəbər verir. Yəni bu cür hallar adiləşdikdə və normaya çevrildikdə biz artıq yeni ictimai əxlaq normalarından danışmalıyıq.

Görünən budur ki, Azərbaycanda artıq ictimai əxalq normalarının transformasiyası son mərhələsindədir və istisna deyil ki, bir müddət sonra gənc nəsil elə “Xalq artisti” adı almış şəxslərin məhz bizim küçə “jaroqun”u hesab etdiyi ifadələrlə publika önündəki ünsiyyətini tam normal qəbul edəcək…

Hər halda bu cür statusa malik şəxslərin belə davranışlarına kifayət qədər dözümlü münasibət və ictimaiyyətin hakim mövqeyi əvəzinə azarkeş mövqeyindən çıxş etməsi belə perspektivin real olduğunu deməyə əsas verir.

Nə qədər şablon çıxsa da, bu cür müşahidələrdən sonra məhşur “Çörək və tamaşa!” ifadəsini yada salmamaq olmur.

Roma satiriki Yuvenal özünün 7-ci satirasını məhz belə  adlandırmış və qədim Roma İmperiyasında xalqın pulsuz verilən çörək, qladiator döyüşləri və sirk tamaşalarına ödənişsiz baxmaq hüququ müqabilində öz dəyərlərini necə qurban verdiyini, öz keçmişini necə unutduğunu təsvir etmişdi.

İndi azərbaycanlılara heç kim pulsuz çörək vermir, heç bunu vəd də eləmir. Amma pulsuz tamaşaya, ucuz şouya istənilən qədər baxmaq olar. Məsələn,  “Xalq artistləri”nin söyüş, ittiham  yarışına. Çoxları üçün maraqlıdır desək, yanılarıqmı?  

Yaxud, çoxları üçün iyrəncidr, deyə bilərikmi? Əgər bu suala müsbət cavab versək, onda gərək ictimai sükutu və dözümlü münasibəti də necəsə izah edək…

Deyəsən bizim toplum üçün əsas tamaşadır, onlar çörəyi də özləri gətirməyə hazırdırlar, təki tamaşa olsun. Bu baxımdan, bizim toplumun statuslu şəxslərinin bəxti çox gətirib.

Zaur İbrahimli

Strateq.az