XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

18 Avqust 2015 - 10:44

Elmar Qasımov rektorluqdan istefa verir? – Onun deputat olacağı xəbəri yayıldı

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun yaxın günlərdə tutduğu vəzifədən istefa verəcəyi və Yeni Azərbaycan Partiyasının siyahısı üzrə parlament seçkilərinə qatılacağı barədə Aktual.az-a özəl informasiya daxil olub.

Rektora yaxın mənbələrdən daxil olan məlumata görə, Təhsil nazirinin sabiq müavini artıq bununla bağlı qərarını yaxınlarına elan edib.

Aktual.az yayılan məlumatlara aydınlıq gətirmək üçün Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun özü ilə söhbətləşib.

Portala açıqlamasında rektor “Bunu sizə kim deyib? Həyatdır, yaşayarıq görərik” – deyərək, hazırda məzuniyyətdə olduğunu söyləyib.

Xatırladaq ki, Elmar Qasımov gənclik dövründə Bakı Dövlət Universitetində Tələbə Həmkarlar Təşkilatının rəhbəri olub. Paralel olaraq YAP Gənclər Birliyində sədr müavini postunu tutan E.Qasımov sonradan Təhsil nazirinin müavini vəzifəsinə irəli çəkilib.

Misir Mərdanovun kadrı hesab olunan Elmar Qasımov sonradan yolunu Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) salıb və qısa müddət ARDNŞ prezidentinin müşaviri olub.

Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Bakı Ali Neft Məktəbinin rektoru təyin edilib.