XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 October 2016 - 12:45

Bakıda Çexiyanın  Müstəqillik Günü keçirilib

cexiya-16

Çexiya Respublikasının  Azərbaycandakı səfirliyi Müstəqillik  Günü münasibətilə rəsmi qəbul keçirib. Çex Silahlı Qüvvələrinin  orkestri  məşhur  “Brass” qrupunun  ifasında hər iki ölkənin dövlət himni səsləndirildikdən sonra səfir Viteszlav Pivonka çıxış edib.

Səfir ölkəsinin müstəqillik tarixindən bəhs edərək 1918-ci il 28 oktyabrın ölkə tarixində yeni səhifə açdığını xatırlatdı.  Daha sonra ölkələrimiz arasındakı münasibətlərə toxunaraq  deyib ki, ikitərəfli əlaqələrin dərinləşməsində sıx iqtisadi və siyasi əlaqələr əsas rol olub. Diplomat çıxışında onu da vurğulayıb ki,  Çexiya Avropa İttifaqı ölkələri arasında  Azərbaycanla yaxından tərəfdaşlıq etdiyi ölkələr sırasındadır.

Azərbaycan hökuməti adından çıxış edən Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra Çexiya Respublikası arasında yeni səhifə açılıb. Bu gün Azərbaycanda xeyli sayda Çexiya şirkətlərinin fəaliyyət göstərdiyini xatırladaraq, Çexiyanın istehlak etdiyi neftin 31,6 fazinin Azərbaycan nefti olduğunu vurğulayıb: “Amma biz bununla kifayətlənməməliyik. Hesab edirəm ki hər iki ölkənin çox böyük potensialı var ki öz aralarında ticari, iqtisadi əlaqələri daha da inkişaf etdirsin”.  Vitse-spiker 2013-cü ildə Avropa İttifaqına daxil olan ölkələr arasında ilk dəfə olaraq Çexiya Parlamentinin deputatlar palatasının xarici əlaqələr komissiyasının Xocalı Soyqırımı haqqında  ədalətli qərar qəbul etdiyini xüsusi qeyd edib: “Arzu edərdim ki, Avropa  İttifaqına daxil olan ölkələr də Çexiyadan nümunə götürsünlər”.   

Strateq.az