XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2016 - 19:10

Səfirlik:"Bəzi gürcü siyasətçilərin populist bəyanatları rəsmi mövqe deyil"

Gürcüstan və Azərbaycan tarixən qardaş dövlətlərdir. Bunu keçmiş, eləcə də hazırkı və gələcək birgə planlar göstərir.

Bunu Trend-ə Gürcüstanın Azərbaycandakı səfirliyindən bəzi gürcü siyasi xadimlərin son populist bəyanatlarını şərh edərkən deyiblər.

Qeyd edək ki, Gürcüstan parlamentinə daxil olan "Vətənpərvərlər alyansı" partiyasının liderlərindən biri David Tarxan-Mouravi bildirib ki, Gurcüstan hökumətinin iradəsizliyi ölkənin dağılmasına gətirib çıxara bilər ki, bunun nəticəsində də Azərbaycan azərbaycanlıların kompakt yaşadığı Marneuli bölgəsini ələ keçirə bilər.

Səfirlikdən bildiriblər: "Hər iki dövlətin xalqları əsrlər boyu dost münasibətlərində olublar. Ona görə də cəmiyyətdə dəstəklənməyən bu cür bəyanatlar populist çıxışlardan başqa bir şey deyil".

Diplomatik nümayəndəlikdən qeyd edilib ki, belə bəyanatlar Gürcüstan hökumətinin rəsmi mövqeyinə və Gürcüstan xalqının mentalitetinə kökündən zidddir.