Bu gün Yunanıstan baş naziri Aleksis çipras 6 aylıq iqtidarını sona çatdırdığını açıqladı. Strateq.az-ın bildirdiyinə görə, baş nazir bu açıqlamanı televiziya ilə çıxışında verib. çıxışında xalqa müraciət edən çipras qərarını xalqdan alacağı dəstəyə söykənərək, kreditorlarla yeni anlaşmaları təsdiqləmək istədiyini deyib.
Son zamanlar xarici borclarını ödəyə bilməyən Yunanıstan defolt olmuş, ciddi müzakirələrdən sonra beynəlxalq maliyyə qurumlarıyla yenidən kredit almaq məsələsində anlaşmışdı. Di gəl ki, hakim partiyanın bir sıra üzvləri bu anlaşmaları xalqın zərərinə olduğunu bildirir, onu təsdiqləmək istəmirdilər. Təkrar seçkilərlə hakimiyyətini yeniləyən çipras bundan sonra həmin razılaşmaları həyata keçirməyə planlaşdırır.