XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2016 - 17:50

Seulda 100 min insan prezidentin istefası tələbi ilənümayiş keçirir

Koreya Respublikasının paytaxtı Seulun mərkəzində polisin məlumatına görə 43 min, təşkilatçıların məlumatına görə isə 100 minə yaxın adam korrupsiya qalmaqalına görə ölkə prezidenti Pak Kın Henin istefası tələbi ilə nümayiş keçirir.

"Report" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, mitinq və yürüş zamanı asayişi 20 minə yaxın polis qoruyur. Onlara təxribatlardan yayınmaqla bağlı ciddi təlimat verilib.

Bununla belə, polis toqquşma olacağını istisna etmir. Belə ki, etirazçıların bir qismi prezident sarayı istiqamətində polis kordonlarını yarmağa çalışır.

Cümə günü açıqlanan məlumatlara görə, prezidentin reytinqi rekord səviyyədə aşağı – 5%-ə düşüb.