XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Noyabr 2016 - 00:06

Milli ruhumuzun dalğalanan dəsturuDƏSTURU


bayraq-1

 

Rənglərinlə yoğurdum şeirimin hər sətrini,
Ürəyimdən asmışam hörmətini, xətrini,
Dalğalan duysun ellər azadlığın ətrini
Milyon-milyon baxışda İstiqlalın növrağı-
Azərbaycan Bayrağı
!


(Balayar Sadiq)


Azərbaycan xalqının tarixən məskunlaşdığı ərazilərin 1813/28-ci illər işğalından – bölünməsindən sonra, passionar toplumun 100 illik istiqlal mücadiləsinin nəticəsi olaraq 1918-ci ildə qazandığı dövlət müstəqilliyinin əsas atribut-rəmzlərindən biri olan bayrağımız cəmiyyət arasında müstəsna və müqəddəs mahiyyətə malikdir.

28 il öncə Xalq Azadlıq Hərəkatı başlayarkən qaldırılan üç rəngli, ay-ulduzlu Milli bayrağımız, Dövlət Müstəqilliyimizin bərpa edildiyi son 25 ildə Cənubi Azərbaycan üçün də bir ideal-məfkurə nümunəsi olmaq baxımından bütöv, vahid vətənli gələcəyimizə yönəlik ümidverici, ruhlandırıcı, səfərbəredici təsir gücünün də daşıyıcısıdır.

Bu səbəblərdən, Azərbaycan Respublikası dövlət bayrağının harada və necə istifadə olunması qaydaları yenidən işlənərək təkmilləşdirilməli, dövlət qanunçuluğunda hüquqi cəhətdən əsaslandırılaraq təsbit edilməli, cəmiyyətdə bu qanunların icrasına nəzarət mexanizmi qurularaq tətbiq olunmalıdır. Buna görə də, faydalı olacağını düşünərək bu barədə irəli sürülən təşəbbüs və təklifləri dəstəkləyir, dövlət bayrağımızda təcəssüm olunan ideoloji-məfkurəvi prinsiplərin dövlət idarəçiliyi və özəl sektorda, təhsil sahəsi və diaspor fəaliyyətində, ictimai mühit və milli mediada tətbiq, təbliğ, tədris və təşviq olunması işinə önəm verilməsinin də gərəkliyini diqqətlərə yönəldirəm.

Vətənin ən uca zirvələrinə sancılaraq dalğalanmalı olan Dövlət Bayrağı hər bir xalqın, millətin milli, mübariz ruhunun, qüdrətinin daşıyıcısı, dəsturu olduğu üçün böyük ehtiram və ciddiyyətlə qorunmalı, sonsuz sevgi və sayğılarla əhatə olunmalıdır.

Eşq olsun, bayrağımızı yaradan və istiqlalımızı yaşadan nəsillərə!!
 

Cabir Alpoğlu Albantürk

şair, tədqiqatçı, publisist
DAK, QAT, AYB üzvü