XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

09 Noyabr 2016 - 10:26

Deputatlarımız Malayziyaya gedir- Səbəb

Milli Məclisin deputatları, Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Mahir Aslanov və qrupun üzvü Mirkazım Kazımov noyabrın 9-da bu ölkənin paytaxtı Kuala Lumpur şəhərinə səfər edəcəklər.

Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.

Səfər Malayziya parlamentinin Nümayəndələr Palatasının vitse-spikeri, Azərbaycanla dostluq qrupunun rəhbəri Datuk Seri Roland Kiandeenin dəvəti ilə həyata keçirilir.

Deputatlar ölkənin qanunverici orqanının fəaliyyəti ilə tanış olacaq, qəbul olunan qanunlarla maraqlanacaq, parlamentin rəhbərliyi və malayziyalı həmkarları ilə bir sıra görüşlər keçirəcəklər. Tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, təcrübə və informasiya mübadiləsi ilə bağlı məsələləri müzakirə edəcəklər.

Səfər noyabrın 14-də başa çatacaq.