XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Noyabr 2016 - 19:01

Bərzani rəsmi Bağdadı təhdid etdi:"Mosul bizim olmalıdır"

barzani

İraq Kürd Bölgə Hakimiyyətinin başçısı Məsud Bərzani indidən rəsmi Bağdadı təhdid edib.

Strateq.az xəbər verir ki, o, Mosulun İŞİD-dən təmizlənməsi əməliyyatı çərçivəsində kürd güclərin ələ keçirdiyi torpaqlar barədə ABŞ-la razılaşma əldə olunduğunu bildirib.

M.Bərzani deyib: "Bu ərazilər bölgələr peşmərgə güclərinin canını fəda etməsi ilə təmizlənib. Bu qədər tələfatdan sonra rəsmi Bağdada münasibətdə köhnə siyasəti təqib etməyəcəyik. Kürd bölgə hakimiyyəti bütün siyasi qruplardan mövcud problemlərin həll edilməsi üçün bir araya gəlmələrini istəyir".

Bağdada son səfərində bölgənin müstəqilliyini müzakirə etdiyini bildiriən Bərzani əlavə edib: "Rəsmi Bağdadla razılaşmasaq məsələni referenduma çıxaracağıq".

M.Rzasoy