Ermənistanda vəziyyət yenidən gərginləşib.
Strateq.az Rusiyanın tr.sputniknews.com informasiya portalına istinadən xəbər verir ki, İrəvanın Baqramyan prospektində toplanan gənclər yenidən etiraz aksiyası keçiriblər.
Qeyd edək ki, “Talana son” şüarı ilə keçirilən ilk aksiyalar bir neçə ay bundan əvvəl başlamışdı.Elektrik enerjisi qiymətlərini 17% artıran hökumətin siyasətinə etiraz edən gənclərin o zamankı aksiyasının qarşısı rəsmi İrəvana tərəfindən zor gücünə alınmış, məsələyə yenidən baxılacağına söz verilmişdi. Aksiya iştirakçıları bu vədlə razılaşmamış, aksiyalarını davam etdirmişdilər. üzləşdikləri xüsusi amansızlıq nəticəsində getdikcə sıraları azalan gənclər, nəhayət, mitinqi dayandırmağa məcbur olmuşdular.
Görünür, ermənilər öz haqlarını yeyən, bu da azmış kimi, bir də kommunal xərcləri artıran hakimiyyətə qarşı mübarizələrini dayandırmaq fikrində deyillər. Onlar yenidən qüvvələrini toparlayan aksiyalara başlayıblar.
Sentyabrın 11-də etirazların ikinci dalğasının başlanacağını elan edən aksiyaçılar təzyiqli su vasitəsilə dağıdılıb. Təşkilatçılardan 6 nəfərin həbs olunduğu bildirilir.