XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 November 2016 - 11:18

Birləşmiş Ərəb Əmirliklərində “Şəhid günü” qeyd ediləcək

bee-shehidler-gunu

Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısı Xəlifə ibn Zəid Əli Nəhyanın gösətrişi ilə 30 noyabr tarixi hər il bu ölkədə “Şəhid günü” kimi qeyd olunur.

BƏƏ-nin ölkəmizdəki səfirliyindən “Strateq.az” saytına verilən məlumata görə, bu ölkənin xalqı və dövləti “Şəhid günü”nü qürur və iftixarla qeyd edir: “Günahsız şəhidlər vətənin bayrağını yüksəklərə qaldırıbş, vətən torpağında sülh və əmin-amanlığın bərqərar olması üçün həyatlarını qurban verərək əlçatmaz məqama yüksəliblər. Əbu-Dabi taxt-tacının vəliəhdi və silahlı qüvvələrin baş komandanının müavini Əla-həzrət Şeyx Məhəmməd ibn Zəid Əli Nəhyanın göstərişlərinə əsasən, Əbu-Dabidəki vəliəhdin divanında şəhid ailələrinin işləri üzrə ofisdə BƏƏ-də mövcud olan bütün rəsmi dairələrlə əməkdaşlıq çərçivəsində bütün şəhidlər mütəmadi şəkildə anılacaq və onların ailələri şərəfləndiriləcək”.

Məlumatda o da vurğulanır ki, bu günü qeyd edən BƏƏ-də xalq və dövlət rəhbərliyi arasında böyük birlik dönəmini yaşayır.  Milli gün olaraq dəyərləndirilən “Şəhid günü”nü qeyd etmək dəyərlərinin möhkəmlənməsi məqsədi daşıyır.  “Şəhid günü” şəhid anasının, atasının və ailəsinin rolunu və onların yüksək mənəvi dəyərlərinin ön plana çıxarılmasının nə qədər önəmli olduğunu bir daha vurğulayır. Çətinliklər BƏƏ vətəndaşlarını birliyə, möhkəm olmağa və hökumət ətrafında sıx birləşməyə çağırır.

Strateq.az