Ailələrə Sosial Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclər arasında ailə-məişət mövzusunda maarifləndirmə işlərinin aparılması” layihəsinin icrasını davam etdirir.
qhtxeber.az-ın məlumatına görə, layihə çərçivəsində Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseydə tədbir keçirilib.
Tədbirdə İctimai Birliyin sədri Esmira Rəhimova layihənin məqsədi haqqında məlumat verib. QHT sədri əhalinin ailə ənənələrinin qorunub saxlanmasına xidmət edən Ailə Məcəlləsindəki qanunların yeniyetmə və gənclərə tanıdılmasının əhəmiyyətindən danışıb.
Layihənin eksperti yeniyetmələrə Ali Məcəlləsindəki qanunlar və maddələr haqqında məlumat verib. Ekspert bu qanunların əhali arasında təbliğinin əhəmiyyətindən danışaraq yeniyetmələrə sözügedən layihədən faydalanmağı məsləhət görüb.
Tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış papaq və köynəklər, dəftərxana ləvazimatı hədiyyə edilib.
Strateq.az