XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2016 - 12:34

Şuranın dəstəyilə maarifləndirmə tədbirlərinin keçirilməsi davam edir

faiq-16-1

“Dini radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

qhtxeber.az-ın məlumatına görə, layihə “Xınalıq” Turizmin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında təşkil olunan tədbirdə layihə rəhbəri Yusif Abayev layihənin məqsədi haqqında geniş məlumat verib. Qeyd edilib ki, İctimai Birlik layihə çərçivəsində keçirdiyi tədbirlərdə məlumatlandırma yolu ilə yeniyetmə və gənclərin dini radikalizmə qarşı mübarizədə aktiv olmağa səsləyir.

Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin Quba Regional şöbəsinin nümayəndəsi E. Ağasıyev çıxışında bu layihənin Quba rayonunda tələbələr arasında icra olunmasının əhəmiyyətindən danışıb. E. Ağasıyev buna görə İctimai Birliyə və layihənin icrasında dəstək olan donora təşəkkürünü bildirib. 

Tədbir layihənin mövzusu ilə bağlı hazırlanmış slaydların nümayişi ilə davam edib. Tələbələrə layihə çərçivəsində dəftərxana ləvazimatları hədiyyə edilib.

xinaliq2-16

Strateq.az