XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

06 Dekabr 2016 - 15:55

Şuranın dəstəyilə Qubada islami dəyərlərin qorunması mövzusunda tədbir keçirilib

quba-son-1

“Azərbaycan modeli: İslami dəyərlərin qorunması, dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi” mövzusunda maarifləndirmənin təşkili layihəsinin icrası davam edir.

qhtxebert.az-ın məlumatına görə, layihə Qubada “Faiq” Kənd təsərrüfatı məhsulları istehsalçılarının İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.

İctimai Birliyin sədr müavini Vaqif Həsənov bildirib ki, tədbirdə layihənin məqsədi və donoru haqqında məlumat verib. 

Tədbirdə layihənin eksperti Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan  edilməsindən, ölkəmizdə mövcud olan multikultural və tolerant mühitdən danışıb. Qeyd edilib ki, dövlət-din münasibətlərində İslami dəyərlərimiz qorunmaqla yanaşı, dini radikalizmə qarşı mübarizə gücləndirilib.

İştirakçılara layihə çərçivəsində çap olunmuş bukletlər paylanılıb, dəftərxana ləvazimatları hədiyyə edilib.

quba-son-2-16

Strateq.az