XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2016 - 10:44

Dünyanın məşhur neft şirkətləri –Statoil

statoil-station

Beynəlxalq enerji şirkəti "Statoil" – Norveçin neft şirkətidir. Əsası 1972-ci ildə qoyulmuş Norveçin ən böyük şirkəti, Skandinaviyanın isə ən böyük neft şirkətidir. Səhmlərinin 64%-i dövlətin nəzarətindədir. Mərkəzi ofisi Norveçin Stavanger şəhərində yerləşir. "Statoil" dünya xam neftin və Avropaya isə qazın əsas ixracatçılarından biridir. 9-dan çox ölkədə 2000-dən artıq yanacaq doldurma məntəqələri fəaliyyət göstərir. Şirkətə 2004-cü ilin ortalarından etibarən Helge Lund başçılıq edir.

statoil_facebook

Şirkətin tarixi

1972-ci il Norveç parlamentinin qərarı ilə dövlətəməxsus məhdud özəl şirkət olaraq yaradıldı. Bu şirkətin yaradılmasında məqsəd Şimal dənizi şelfində yenicə forlamalaşmaqda olan neft-qaz sənayesində iştirak etmək və dünya neft sənayesində Norveçin maraqlarını qoruya biləcək yerli neft şirkətinin yaradılması idi. "Statoil"dən yarandığı gündən etibarən parlamentə illik hesabat verməsi tələb olunrudu. 1973-cü ildə şirkət neft sənayesinə aktiv şəkildə qoşulur və ilkin səylər nəticəsində Rafnesdə emaledici müəssisələrin işlək vəziyyətət gətirilməsinə nail olunur. 1980-ci ildə isə Norsk Hydro  ilə birgə Mongstada yeni neft emalı zavodunun tikilmısınə nail oldu. 1981-ci ildə isə ilk Norveç şirkəti olaraq Norveç kontinetal şelfində yerləşən Gülfaks yatağının işlədilməsinə dair hüquqlara yiyələnir. 1987-88-ci illərdə şirkət tarixinin baş icraedici rəhbəri Arve Yonsenin istefası ilə nəticələnəcək ən səs-küylü Mongstad adlanacaq qalmaqalını yaşayır.

2001-ci ildə şirkət özəlləşdirilir və məhdud məsulliyətlə müəssisə elan edilir. Nəticədə "Statoil Oslo" və Nyu-York fond birjlarında iştirak etmək hüquq qazanır. Həmin ildə şirkət adını "Statoil ASA" olaraq dəyişir.

0038743-helikopter-lander-pa-snorre-a-photo-harald-pettersen-statoil

Apardığı əməliyyatlar

"Statoil" 60% ümumdaxil məhsul göstəricisi ilə Norveç kontinental şelfində fəaliyyət göstərən ən böyük əməliyyat şirkətidir. Norveç kontinetal şelfində Glitne, Gulfaks, Haydrun, Huldra, Kristin, Mikkel, Norne, Ormen Lange, Sleypner, Snorre, Snohvit, Statfjord, Sygna, Tordis, Troll, Veslefrikk, Vigdis, Visund, Volve və Asgard neft-qaz yataqlarını istismar etməkdədir. Bundan əlavə şirkətin Kolsnes, Karsto, Mongstad Tjeldbergodden və Melkøyada emaletmə zavodları da var.

Dünya miqyasında isə "Statoil" Əlcəzair, Azərbaycan, Anqola, Braziliya, Çin, İran, Liviya, Nigeriya, Birləşmiş Ştatlar və Venesuelada fəaliyyət göstərir. "Statoil"in Belçika, Danmarka, Fransa və Almaniya kimi ölkələrdə emaletmə zavodları mövcuddur.

"Statoil" Norveç kontinental şelfindən Qərbi Avropaya yönələn Zeepipe, Statpipe, Europipe və Franpipe neft və qaz kəmərlərinin, eləcə də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişlərində də iştirak edib. Şirkətin London, Stamford və Sinqapurda xam neft, emal edilmiş neft məhsuları və təbii qaz mayelərinin satışı üzrə ticarət offisləri yerləşir.

Statoilin Danimarka, Estoniya, Latviya, Litva, Norveç, Polşa, Rusiya və İsveçdə ümumilikdə 2000-dən artıq yanacaq doldurma məntəqələri fəaliyyət göstərir.

2006-ci ildə isə şirkət atmosferə karbon qazı tullantılarının həcmini azaltmaq məqsədilə həyata keçiriləcək karbon qazının musadirəsi adlı dünyanın ən böyük layihəsinə cəlb edilir.

Statoil-in Azərbaycandakı fəaliyyəti

"Statoil" Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli neft yatağı, Şahdəniz qaz-kondensat yatağı, eləcə də Alov, Araz və Şərq perspektivli strukturlarının axtarış, kəşfiyyat və işlənilməsində yaxından iştirak edir. 

statoil-1

Azərbaycanda Statoil bir neçə layihə iştirakçısıdır

Azəri-Çıraq-Günəşli (iştirak payı – 8.56%), Şahəniz (iştirak payı – 25.50%), Araz-Alov- Şərq (iştirak payı – 15%), Bakı-Tbilisi-Ceyhan neft boru kəməri (iştirak payı – 8.71%). 2009-cu ildəki neft ekvivalentində orta gündəlik hasilatı 1.962 milyon barelə bərabər olub.

"Statoil” Azərbaycanın energetika sektorunu tərk edib?!

Bu barədə məlumat ötən ilin sentyabr ayında yayılıb. Məlumata görə, bunu "Statoil Azerbaijan" şirkətinin adının çəkilməsini istəməyən  əməkdaşı deyib. Onun sözlərinə görə, şirkətdə ciddi ixtisarlar baş verib:

 "Şirkətin 40-a yaxın əməkdaşı var idisə, hazırda 10-12 nəfər qalıb. Şirkətin Bakı ofisi tamamilə bağlanıb, lap kiçik işçi qrupu qalıb. İctimaiyyətlə əlaqələr və digər bu kimi şöbələr bağlanıb. İşdə qalanlar rəhbər şəxslər və mühasibatlıq bölməsinə aid olanlardır".

Helge Lund (left), CEO of Norwegian energy company Statoil, speaks with Statoil  Joint Venture Manager Cesar Alvarez (facing away) and Talisman Energy Frac Specialist Nabila Larsen (right) at a Talisman Energy fracking site near Cotulla, Texas. Statoil is working with Talisman energy to develop oil and gas ventures in the Eagle Ford shale formation in south central Texas. (Wednesday September 7, 2011)  JOHN DAVENPORT/SAN ANTONIO EXPRESS-NEWS (jdavenport@express-news.net)

Bu gün…

Dünya birjalarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar “Statoil” 2016-cı ilin əvvəlində 1500 nəfəri ixtisar edib.Onlar arasında uzun müddət şirkətdə çalışanlara 24 ay ərzində tam maaş veriləcək.

Dünyanın 38 ölkəsində fəaliyyət göstərən “Statoil”da ümumilikdə 22 min nəfər işləyir. Şirkət təkcə bu il 1900 nəfəri ixtisar edib. Həmçinin, “Statoil” neftin qiymətinin ucuzlaşması ilə əlaqədar dənizdəki qazma platformalarının fəaliyyətini də dayandırıb.

Qeyd edək ki, “Statoil” “Trans-Adriatik” (TAP) boru kəməri layihəsində 20 faiz səhm paketinə sahibdir. Lakin bu səhm paketinin Malayziyanın "Petronas" şirkətinə satılması ilə bağlı danışıqlar aparılır. Norveç nəhəngi səhmlərinin Malayziya şirkətinə satmaqda maraqlıdır. Əməliyyatın dəyəri hələlik məlum deyil.

Bundan başqa, “Statoil” “BTC Ko.”da 8,71 faiz, “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsində isə 8,6 faizlik səhmə sahibdir. Şirkət səhmlərinin 67% dövlətə, qalan 33% digər yerli və xarici səhmdarlara məxsusdur.

Şirkət 40 ölkədə fəaliyyət göstərir.

1395189086740

Banu Çiçək

Strateq.az