XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2016 - 16:13

Səfir: “Alman-Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var”

alman-sefiri-sheki

Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab Şəki və Zaqatalada olub.

Səfirlikdən “Strateq.az” saytına bildiriblər ki, səfərin əsas məqsədi iqtisadiyyat və ətraf mühitlə bağlı məsələlər, eləcə də Almaniya tərəfindən maliyyələşən layihələrə baxış olub. Səfir Kindsqrab baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə alman İnkişaf Bankı tərəfindən maliyyələşən  “Gəncə və Şəkidə su təchizatı, kanaliyasiya və çirkab suyun emalı” layihəsinin müzakirəsinə həsr olunmuş rəhbər komitə iclasında iştirak edib. M.Kindsqrab görüşlərdə şirkətlərin iqtisadiyyatın şaxələndirilməsi sahəsində cəhdlərini yüksək qiymətləndirərək və Alman-Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu xüsusi qeyd edib. O, şəhərin su və kanalizasiya qurğularının yenilənməsi ilə bağlı aparılan tikinti işləri tanış olub, Şəki ipək fabrikində, XVIII əsrdə tikilmiş Şəki Xan sarayına baş çəkib.

Zaqatala səfərində almaniyalı diplomat alman inkişaf əməkdaşlığının dəstəyilə ilə həyata keçirilən “Zaqatala-Balakən biomüxtəliflik layihəsi”nə baxış, qorunan ərazilərin yaxınlığında yaşayan insanların müasir istifadə etmə konseptinə böyük maraqlarının olduğunu aydın göstərib. Zaqatalada səfir Kindsqrab fındıq və tütün zavodlarında olub. Xatırladaq ki, bu ilin avqust ayından Almaniya Federativ Respublikasının Bakıdakı səfiri təyin olunan M.Kindsqrab diplomatik fəaliyyəti çərçivəsində müntəzəm olaraq ölkənin bölgələrinə rəsmi səfərlər hayata keçirir.

Strateq.az