XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2016 - 14:55

Hindistanın İTEC proqramı Azərbaycana hər il 15 yer ayırır

hind-sefiri

Hindistanın Texniki İqtisadi Əməkdaşlıq (İTEC) proqramının Azərbaycanlı məzunları bu ölkənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə İTEC gününü qeyd edib.

Tədbirdə çıxış edən səfir Sanjay Rana bildirib ki, İTEC proqramı Hindistan Hökuməti tərəfindən müxtəlif sahələrdə öz inkişaf təcrübəsini və biliyini Azərbaycan kimi beynəlxalq tərəfdaşlarla bölüşmək məqsədilə 1964-cü ilin sentyabr ayından etibarən həyata keçirilir. Proqramın üç mühüm tərkib hissəsi var ki, bunlar texniki yardımın çatdırılması, texnologiyanın ötürülməsi və təlim və biliklərin qazanılmasıdır. S.Rana qeyd edib ki, İTEC proqramı çərçivəsində Hindistan Hökuməti ölkəsinin ən yüksək səviyyəli müəssisələrində bütün xərclərin qarşılandığı təqaüd proqramı ilə təmin edir: “Təqaüdə beynəlxalq səyahət, kurs xərcləri, yaşayış, kitablar və Hindistanda tibbi xərcləri və digər xərclər daxildir. Proqram çərçivəsində iştirakçılar təlim kurslarında iştirak edir. Hal-hazırda, hər il müxtəlif sahələrdə 300-ə yaxın qısamüddətli, ortamüddətli və uzunmüddətli təlim kursları təşkil edən 56 müəssisə var və bu kurslarda iştirak etmək məqsədilə dünyanın 160 ölkəsindən Hindistana təxminən 10000 tələbə gəlir”.

Səfirin sözlərinə görə,  Azərbaycana İTEC proqramında hər il 15 yer ayrılır, 2004-cü ildən etibarən 100-dən çox azərbaycanlı nümayəndə İTEC proqramı çərçivəsində Hindistanda müxtəlif kurslarda iştirak edib.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov bildirib ki, Dövlət Agentliyinin bir sıra əməkdaşları “ Külək turbin texnologiyası və tətbiqi” mövzusunda ITEC proqramları çərçivəsində təşkil edilən təcrübə proqramlarında və seminarlarda iştirak edib və Azərbaycanda bu sahədə görülmüş işlərlə bağlı təcrübə mübadiləsi aparıb. Cəmil Məlikov qeyd edib ki, Azərbaycan Hindistanın Baş Nazirinin təşəbbüsü ilə irəli sürülən və günəş ehtiyatı ilə zəngin olan ölkələr arasında əməkdaşlıq üçün ümumi platforma kimi fəaliyyət göstərən və böyük günəş enerjisi potensialına malik ölkələrə günəş enerjisi stansiyalarının inşası üçün lazımi imkanı yaradacaq Beynəlxalq Günəş Enerjisi Birliyinə maraq göstərir.

L.SƏMLA

Strateq.az