XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

23 Dekabr 2016 - 13:00

Azərbaycan, Qazaxıstan və Rusiya QHT-ləri əməkdaşlıq edəcək

sayt-caspian

Azərbaycan “Free Person” İnsan Hüquqlarını Müdafiə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regional  təhlükəsizlik məsələləri üzrə Xəzər dənizi hövzəsi QHT-lərinin onlayn əməkdaşlıq şəbəkəsinin yaradılması” layihəsi çərçivəsində şəbəkəyə üzv olmaq istəyən QHT-lərlə memorandumların imzalanmasına start verib

Regional Təhlükəsizlik Məsələləri üzrə  Xəzər Dənizi Hövzəsi QHT-lərinin Onlayn Əməkdaşlıq Şəbəkəsi üçün vahid müzakirə və informasiya, təcürbə mübadilsi platforması yaradılması məqsədilə Şəbəkənin http://caspianetwork.org/ saytı yaradılıb.

Bu Şəbəkənin yaradılmasında məqsəd yerli QHT-lərin Xəzər dənizi ölkələrin QHT-ləri ilə regional təhlükləsizlik probləmlərinn həllində və digər qarşılıqlı maraq doğuran məsələlərlə bağlı əlaqələrinin qurulmasına dəstək verilməsidir. Maraqlananlar və ya üzv olmaq istəyən QHT-lər  www.caspianetwork.org veb səifəsindən ərizə ilə müraciət edə bilərlər.

Saytda Şəbəkə haqqında məlumat verilib. Şəbəkənin üzvləri haqqında məlumat verilib.  Azərbaycan, Rusiya, Qazaxıstanın milli təhlükəsizlik məsələləri ilə bağlı milli təhlükəsizlik, terrorizmlə mübarisə, “çirkli pulların” yuyulmasına qarşı mübariə ilə bağlı qanunları, normativ-hüquqi aktları yerləşdirilib.

Hazırda Qazaxıstan və Rusiyadan 1 təşkilat, Azərbaycanda isə 3 təşkilat Şəbəkəyə qoşulub. Şəbəkəyə üzvlük  açıqdır və yeni üzvlərin qəbulu üçün Rusiya, Qazaxıstan QHT-ləri ilə müzakirələr davam etdirilir. 

Strateq.az