XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2016 - 19:38

Azərbaycanda qaçqınlara xüsusi sənəd veriləcək –Yeni qanun

memurlar-loqo

Azərbaycanda qaçqın statusu alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə xüsusi vəsiqələr veriləcək.

Bununla bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 3-cü (Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər) maddəsinə yeni 5-ci bənd əlavə təklif edilir.

Təkilf olunan bəndə əsasən, Azərbaycanda qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində – qaçqın vəsiqəsi müəyyənləşdiriləcək. Başqa sözlə, Azərbaycanda bu kateqoriyadan olan insanlar üçün yaşayış yeri üzrə qeydiyyatı göstərən yeni sənəd növü – qaçqın vəsiqəsi veriləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 30-da müzakirəyə çıxarılacaq.

APA