«Rezonans» Gənclərin İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi "Gənclərin sosial reabilitasiyası " layihəsi çərçivəsində 27 dekabr tarixində Bakı şəhərində Səbail rayonunda tədbir keçirilib.
Tədbirdə ekpertlər mövzu ilə əlaqədar məruzə etmiş, bu barədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat vermişər. Sonda tədbir iştiraçılarının çoxsaylı sulları cavablandırılıb.
Tədbirdə layihə çərçivəsində hazırlanmış "Məhkumlar və cəzaçəkmə müəssisələrindən azad olan gənclər üçün məlumat” kitabı və bukletlər paylanıb və kitabxanaya hədiyyə edilib.
Layihə məhkumların hüquqlarının təmin edilməsi, onların saxlanma vəziyyətinin yaxşılaşdırılmasını, sağlamlığın qorunması və reabilitasiyası, gələcəkdə cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədi daşıyır.
Layihənin İkinci istiqaməti üzrə artıq azadlığa çıxdıqdan sonra məhkumların cəmiyyətdə qayıdışı ilə problemlərin həlli, normal həyata adaptasiyası və s. ilə bağlı mümkün problemlərin həlli ilə bağlı fəaliyyət həyata keçiriləcək.
Strateq.az