Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər və Ekologiya” İctimai Birliyi “Region gənclərinin qida təhlükəsizliyi ilə bağlı ekoloji savadlandırılması”adlı layihəyə yekun vurulub.
3 ay müddətinə davam edən layihədə 100 nəfər gənc iştirak edib. Tədbirlər zamanı layihənin məqsədi və layihənin icra planı barədə geniş məlumatlar verilib.
Layihədə iştirak edən gənclər genetik cəhətdən modifikasiya olunmuş məhsullar və istifadə etdikləri müxtəlif kimyəvi zəhərlərin-pestisidlərin, herbisidlərin, insektisidlərin və s. insanlar üçün yaratdıqları fəsadlar haqqında məlumatlandırılıblar.
Strateq.az