Yeddi yaşlı suriyalı qızcığaz ABŞ prezidenti Donald Trampa “tweet” atıb. Mühasirədə olmuş Hələbdə müharibənin yaratdığı faciələri sosial şəbəkədə nəql etməklə Qərbdə geniş tanınan Bana əl-Abed Birləşmiş Ştatların dövlət başçısına açıq məktub yazıb.
Strateq.az xəbər verir ki, dekabr ayında Hələbdən Türkiyəyə təxliyə olunan ailənin azyaşlı üzvü açıq məktubunda Suriya uşaqlarına kömək üçün Trampa müraciət edib. “Mən Suriya müharibəsində zərər çəkmiş suriyalı uşaqlardan biriyəm”, – deyə o yazıb.