XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

27 Yanvar 2017 - 12:39

Sabah Bakıda və rayonlarda qar yağacaq, yollar buz bağlayacaq –Xəbərdarlıq

hava-4

Sabah Bakı və Abşeron yarımadasında arabir yağıntılı olacağı,  qar yağacağı gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 1-3° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz  1-3° isti olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Atmosfer  təzyiqi  764 mm civə sütunu, nisbi rütubət  80-90 % təşkil edəcək.

Tibbi-meteoroloji xəbərdarlığa əsasən, yanvarın 28-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və yağıntılı hava şəraiti fonunda soyuq temperatur diskomfortu əksər insanlar üçün çox əlverişsizdir.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.