XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

01 Fevral 2017 - 15:37

Rusiya Federasiya Şurası “Türk axını” sazişiniratifikasiya edib

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası “Türk axını” sazişini ratifikasiya edib.

Federasiya Şurasının mətbuat xidmətinin məlumatına görə, Şura sədrinin müavinin İlyas Umaxanov sənədi təkcə iqtisadi və strateji baxımdan deyil, həm də Türkiyə ilə münasibətlərin tam formatda yaxşılaşdırılmasına doğru atılan siyasi cəhətdən mühüm addım kimi qiymətləndirib.

Rusiya və Türkiyə “Türk axını” üzrə hökumətlərarası sazişi ötən il imzalayıb. Layihəyə əsasən, Qara dənizin dibi ilə salınacaq iki qaz kəmərinin hər biri vasitəsilə 15,75 milyard kubmetr qaz nəql olunacaq. Kəmərin bir qolu Rusiyadan Türkiyəyə, digər qolu isə Türkiyədən keçməklə Avropa ölkələrinə qaz nəqli üçün nəzərdə tutulub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk axını” layihəsinə dair sazişin ratifikasiya edilməsi barədə ölkə parlamentinin qəbul etdiyi qanunu 2016-cı ilin dekabrında imzalayıb(azərtac).