XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

03 Fevral 2017 - 13:18

Mikayıl Cabbarov planı təsdiqlədi –Təhsil müəssisələrində Xocalı soyqırımı ilə bağlı tədbir keçiriləcək

tehsil-nazirliyi-manset

Təhsil naziri Mikayıl Cabbarov təhsil müəssisələrində Xocalı soyqırımının 25-ci ildönümünün keçirilməsi barədə Tədbirlər Planını təsdiq edib. 

Təhsil Nazirliyindən Strateq.az-a verilən məlumata görə, plana əsasən, fevralın 24-də ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr ediləcək.

Tədbirlər planına görə, fevral ayında ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlərin (xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlər və s.) keçirilməsi, milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlər də nümayiş olunacaq.