XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

10 Fevral 2017 - 12:39

Bakıda İran İnqilabının 38-ci ildönümü ilə bağlı tədbir keçirilib

iran bay f

İranın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – İslam İnqilabının 38-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

Strateq.az xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Cavad Cahangirzadə ölkəsinin tarixindən, 38 ildə keçdiyi inkişaf yolundan, əldə etdiyi uğurlardan söz açıb. O deyib ki, inqilabın məqsədi məzlumları dəstəkləmək, terrorla mübarizə aparmaq olub.

Səfir bildirib ki, keçən dövr ərzində ölkəsinə qarşı embarqolar qüvvədə olsa da, İranda texnologiya, elm inkişaf edib. Ölkə dərman, ərzaq və lazım olan hər cür məhsul istehsal edir: “Düşmənlərimiz də etiraf edir ki, sanksiyalar İranı zəiflədə bilməz”. İran və Azərbaycan arasındakı əlaqələrə toxunan C.Cahangirzadə, ölkəsinin qonşularla, xüsusən də, Azərbaycanla yaxşı münasibətlər yaratmaq niyyətində olduğunu vurğulayıb. Onun fikrincə, hazırkı əlaqələrin daha da genişlənməsi hər iki ölkənin qarşıya qoyduğu məqsədlərdən biridir.

Azərbaycan hökuməti adından İran xalqını təbrik edən İqtisadiyyat naziri Şahin Mustafayev ölkələrimiz arasındakı münasibətlərin möhkəmləndiyini vurğulayıb. O, dövlət başçılarının 7 dəfə görüş keçirdiyini, son üç ildə 40-dan çox saziş imzalandığını xatırladaraq, son zamanlar yaradılan birgə müəssisələri bu əlaqələrin simvolu adlandırıb. Nazir deyib ki, energetika, nəqliyyat və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi region üçün böyük əhəmiyyət kəsb edir. Onun fikrincə, hər iki ölkə arasındakı yüksək  səviyyəli əməkdaşlıq regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə verir.