Avstraliyalı İŞİD-çi Xalid Şarruf anti-terror qanunları ilə Avstraliya vətəndaşlığından məhrum edilən ilk şəxs olub.
Strateq.az xəbər verir ki, 2015-ci ilin qanuna əsasən, qadağan edilmiş təşkilatların üzvləri olan şəxslər Avstraliyada vətəndaşlıqdan (yaxud ikili vətəndaşlıqdan) məhrum edilir.
Livan miqrantının oğlu olan Xalid Şarruf və onun 7 yaşlı oğlunun fotoşəkilləri ortaya çıxdıqdan sonra rəsmi dairələr sərt addım atıblar.
Fotolarda hər iki şəxsin Suriya əsgərlərinin kəsilmiş başını əllərində tutması əks olunub.