XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

14 Mart 2017 - 13:48

DİM buraxılış imtahanlarının nəticələrini açıqladı –Cədvəl

imtahan 2

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 12-də respublikanın ilk peşə ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb.

DİM-dən verilən məlumata görə, nəticələr martın 14-ü saat 13.00-dan etibarən DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.

İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8‑dən, xarici dil və ya kimya fənnindən 7-dan az olmayan şagirdlər müvəffəq qiymət alırlar. 

İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunub:

Təhsilin səviyyəsi

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana dili 
(Azərbaycan bölməsi)

Ana dili 
(rus bölməsi)

Riyaziyyat

Xarici dil/Kimya

Tam orta

2

0-7

0-7

0-7

0-6

3

8-17

8-17

8-16

7-16

4

18-25

18-25

17-24

17-24

5

26-30

26-30

25-30

25-30

APA