XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Mart 2017 - 11:37

“Azərcell”dən Novruz kampaniyası –4G-dəstəkli Samsung J2 Prime və GM 5+ smartfonları 0% kreditlə!

azercell-5gb

Novruz bayramı ərəfəsində özünə və yaxınlarına hədiyyə etmək istəyənlər üçün "Azercell"dən əla fürsət! İndi bütün abunəçilər çox sərfəli şərtlərlə Samsung J2 Prime və ya GM 5+ smartfonlarından birinə sahib ola bilərlər.

Martın 17-dən etibarən abunəçilərə təqdim olunan yeni “Smartfon Baharı Kampaniyası” ilə artıq hər kəs arzuladığı telefonu əldə edə bilər. Kampaniya çərçivəsində abunəçilər Samsung J2 Prime və ya GM 5+ kimi 4G-dəstəkli smartfonları aylıq müvafiq olaraq cəmi 35AZN və 50AZN-dən başlayan ödənişlə əldə etməklə yanaşı, bir sıra üstünlüklər də qazanırlar.

Belə ki, abunəçilər Samsung J2 Prime və ya GM 5+ smartfonlarından birini seçməklə, 12 aylıq hədiyyə 5GB, 10GB və ya Limitsiz (50GB) Mobil İnternet paketindən istifadə etmə imkanına sahib olurlar. Kampaniyadan yararlanmaq üçün abunəçilər Azercell Müştəri Xidmətləri və ya Diler Ofislərinə yaxınlaşmalıdırlar.

"Azercell" böyük məmnuniyyətlə sizi yaxınlarınızla birgə bu Bayram sevincini paylaşmağa dəvət edir! Bu baharı Azercell-lə daha yaxşı yaşayın!