Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışına və dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədovdan və İran vətəndaşı Nasirpanah Alı Eltefatdan 5 kiloqram 75 qram tiryək götürüllüb.
Daxil olan məlumat əsasında Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Elxan Şərifovun evinə baxış zamanı 1 kiloqram 5 qram heroin və 3 kiloqram 609,786 qram marixuana aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.